Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sentyabrın 29-da Qazaxıstanın keçmiş xarici işlər naziri Murad Nurtleu ilə telefonla danışıb.
Bu barədə Busaat.az-a XİN-dən məlumat verilib.
Qeyd olunub ki, C.Bayramov Murad Nurtleunu dost və qardaş ölkənin xarici işlər naziri vəzifəsində çalışdığı müddətdə Azərbaycan və Qazaxıstan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsində göstərdiyi səyləri məmnunluqla xatırlayaraq iki ölkə münasibətlərinin inkişafına verdiyi töhfəyə görə təşəkkür edib.
C.Bayramov Qazaxıstanın sabiq XİN başçısına gələcək məsul vəzifələrində və fəaliyyətində uğurlar arzulayıb.