EN

Sürücülük vəsiqəsinin ləğvi ilə bağlı MÜHÜM MƏLUMAT: Bu halda maşın sürməkdən məhrum ediləcəksiniz…

Rusiya tibbi məlumat bazaları Daxili İşlər Nazirliyinin (DİN) bazaları ilə inteqrasiya ediləcək. Belə ki, vətəndaşın avtomobil idarə etməyə tibbi əks göstərişi aşkarlanarsa, bu barədə məlumat dərhal DİN-ə ötürüləcək və Yol Polisi həmin şəxsin sürücülük hüququnu ləğv edəcək. Qeyd edək ki, məlumatda yalnız sürücülük hüququnun məhdudlaşdırılması barədə göstəriş olacaq, diaqnoz açıqlanmayacaq.

Maraqlıdır, Azərbaycanda tibbi əks göstərişlərə görə sürücülük hüququnun məhdudlaşdırılması mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, ölkəmizdə sürücülük hüququnun alınması və ya məhdudlaşdırılması məsələləri mövcud qanunvericiliklə tənzimlənir:

Parklanma

“Azərbaycanda sürücülük vəsiqəsi almaq üçün sağlamlıq haqqında arayış təqdim olunur. Bu arayışda tibbi əks göstərişlər öz əksini tapır. Psixotrop maddələrdən istifadə və digər hallar inzibati qaydada cəzalandırılır. Sürücülük vəsiqəsinin birbaşa ləğvi isə əsasən ağır yol-nəqliyyat hadisələri, cinayət xarakterli əməllər və ya yüksək bal toplandığı hallarda həyata keçirilir. Bizdə avtomatik və real vaxt rejimində vəsiqənin ləğvi mexanizmi yoxdur”.

Ekspertin sözlərinə görə, hazırkı qanunvericilik kifayət qədər sərt və dəqiqdir:

“Azərbaycanda bu sahə qanunla tənzimlənir və Daxili İşlər Nazirliyi tərəfindən ciddi nəzarət olunur. Amma tibbi əks göstərişlərə görə sürücülük hüququnun avtomatik məhdudlaşdırılması hələ tətbiq olunmur”.

Aynurə İsmayıl

KONKRET.az

Chosen
16
1
konkret.az

2Sources