EN

Məktəblərdə sahibkarlıq tədris edilə bilər - Emin Əmrullayev

Məktəblərdə sahibkarlıq tədris edilə bilər.

"Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakıda "PAŞA Holding"in təşkilatçılığı ilə keçirilən "INMerge" İnnovasiya Sammitində çıxışı zamanı deyib.

"Məktəblərdə sahibkarlığın tədrisi mümkündür, lakin bu prosesin necə həyata keçiriləcəyi əsas məsələlərdən biridir", - nazir bildirib.

E.Əmrullayev qeyd edib ki, ilk növbədə buraxıla biləcək səhvləri anlamaq vacibdir:

"Bizdə və oxşar ölkələrdə hər hansı yeni istiqamət gündəmə gələndə dərhal ona "ayrıca ixtisas açaq" yanaşması seçilir. Məsələn, ötən il Azərbaycan COP tədbirinə ev sahibliyi edəndə bərpa olunan enerji üzrə təhsil müzakirə olunurdu. Əksər cavab belə idi: "Gəlin, bərpa olunan enerji üzrə magistr proqramı yaradaq". Amma sadəcə bu ixtisasın mövcudluğu hələ həmin sahədə peşəkar mühəndislərin yetişəcəyi demək deyil. Eyni yanaşma innovasiya və sahibkarlıq üçün də keçərlidir".

Elm və təhsil naziri əlavə edib ki, sahibkarlıq yalnız proqram və diplomlarla məhdudlaşmamalı, ümumi mədəniyyət və nəsil yetişdirmə tərzi ilə formalaşmalıdır.

Chosen
9
5
qaziler.az

6Sources