EN

Azərbaycanda məktəblərdə sahibkarlığın öyrədilməsi mümkündür - Elm və təhsil naziri

Azərbaycanda məktəblərdə sahibkarlığın öyrədilməsi mümkündür.

Olaylar xəbər verir ki, bunu "INMerge" innovasiya sammiti çərçivəsində təşkil edilən panel müzakirəsi zamanı elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, burda daha mürəkkəb məsələ bu prosesin necə və hansı yolla təşkilidir.

"ilk növbədə buraxıla biləcək səhvləri anlamaq vacibdir. Bu sahədə əvvəlcə hansı yanlışlıqlara yol verməmək məsələsi düşünülməlidir.

Mən hər dəfə innovasiya və ya yeni sahələrdən danışanda "yaşıl təhsil", "yaşıl iqtisadiyyat" və ya "bərpa olunan enerji"ni misal gətirirəm. Məsələn keçən il Azərbaycan COP 29 tədbirinə ev sahibliyi etdi və böyük müzakirə mövzusu o idi ki, bərpa olunan enerjini Azərbaycanda necə inkişaf etdirə bilərik.

Ən çox səslənən cavab bu idi: "Gəlin, bərpa olunan enerji üzrə magistr proqramı yaradaq".

O əlavə edib ki, bu, innovasiya ilə də oxşardır.

"Əgər siz innovasiya və sahibkarlıq üzrə magistr proqramlarının sayını artırmağa başlasanız, bu, o demək deyil ki, mütləq sahibkar məzunlar yetişəcək. Bu, proqramlardan da uzağa gedir, əslində, məsələnin kökü cəmiyyətin, yeni nəsillərin necə yetişdirilməsi, hansı mədəniyyətlə böyüdülməsi ilə bağlıdır", - nazir qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
6
8
olaylar.az

10Sources