Azərbaycan universitetlərində tədris proqramları mütləq yenilənməlidir.
Manset.az Report-a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakıda "PAŞA Holding"in təşkilatçılığı ilə keçirilən "INMerge" İnnovasiya Sammitində çıxışı zamanı deyib.
Nazir bildirib ki, hazırkı dərs proqramları çox vaxt köhnə biliklərə əsaslanır:
"Çox vaxt müəllimlər keçmişin təcrübəsini gələcək nəsillərə ötürür. Yəni 30 il əvvəlki bilik əsasında hazırlanan məzmun növbəti 30 ilə yönəldilir və nəticədə 60 illik boşluq yaranır. Biz gələcəyi proqnozlaşdıraraq təhsil proqramlarını indidən uyğunlaşdırmalıyıq".