EN

Əli Əsədov: Rəqəmsal iqtisadiyyata keçid strateji hədəflər sırasındadır

BAKI, 29 sentyabr. TELEQRAF

Azərbaycan rəqəmsallaşma və texnoloji innovasiyaların iqtisadiyyata tətbiqi sahəsində məqsədyönlü tədbirlər həyata keçirir və özəl sektorun müasir tələblərə uyğunlaşdırılmasını ən vacib məsələ hesab edir.

Teleqraf xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Minskdə "Yeni texnologiyalar ittifaqı: Gələcəyin sənayesinin yaradılması" adlı iclasda deyib.

O qeyd edib ki, 4-cü Sənaye İnqilabı dövründə texnoloji irəliləyişlər iqtisadiyyatın və cəmiyyətin bütün sahələrinə əsaslı şəkildə təsir göstərir: "Belə şəraitdə dayanıqlı inkişaf texnoloji tendensiyaları strateji cəhətdən idarə etmək bacarığından çox asılıdır. Azərbaycan rəqəmsallaşma və texnoloji innovasiyaların tətbiqi sahəsində məqsədyönlü tədbirlər həyata keçirir. Təsadüfi deyil ki, ölkənin beş milli prioritetindən biri dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi artımın təmin edilməsidir".

Baş nazir bildirib ki, bu kontekstdə rəqəmsal iqtisadiyyata keçidin sürətləndirilməsi və yeni texnologiyaların tətbiqi əsas strateji hədəflər sırasındadır: "Dövlətin rəqəmsal iqtisadiyyata prioritet verdiyini nəzərə alaraq, özəl sektorun yeni tələblərə uyğunlaşması xüsusilə vacibdir. Azərbaycanın "Rəqəmsal İnkişaf Konsepsiyası" və "Süni İntellekt Strategiyası" biznesin rəqəmsal infrastrukturunun gücləndirilməsinə və texnoloji uyğunlaşmanın sürətləndirilməsinə xidmət edir. Eyni zamanda, 2025-2028-ci illəri illəri əhatə edən "Rəqəmsal İqtisadiyyatın İnkişafı Strategiyası" hazırlanıb. O, qlobal texnoloji tendensiyaları və Azərbaycanın inkişaf dinamikasını nəzərə alaraq biznes, hökumət və cəmiyyət arasında sinerji yaratmağa yönəlib".

Chosen
10
6
teleqraf.com

9Sources