"Report" xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Minskdə "Yeni texnologiyalar ittifaqı: Gələcəyin sənayesinin yaradılması" adlı iclasda deyib.
"4-cü Sənaye İnqilabı dövründə texnoloji irəliləyişlər iqtisadiyyatın və cəmiyyətin bütün sahələrinə əsaslı şəkildə təsir göstərir. Belə şəraitdə dayanıqlı inkişaf texnoloji tendensiyaları strateji cəhətdən idarə etmək bacarığından çox asılıdır. Azərbaycan rəqəmsallaşma və texnoloji innovasiyaların tətbiqi sahəsində məqsədyönlü tədbirlər həyata keçirir. Təsadüfi deyil ki, ölkənin beş milli prioritetindən biri dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi artımın təmin edilməsidir", - Ə.Əsədov bildirib.
Hökumət başçısı vurğulayıb ki, bu kontekstdə rəqəmsal iqtisadiyyata keçidin sürətləndirilməsi və yeni texnologiyaların tətbiqi əsas strateji hədəflər sırasındadır.
"Dövlətin rəqəmsal iqtisadiyyata prioritet verdiyini nəzərə alaraq, özəl sektorun yeni tələblərə uyğunlaşması xüsusilə vacibdir. Azərbaycanın "Rəqəmsal İnkişaf Konsepsiyası" və "Süni İntellekt Strategiyası" biznesin rəqəmsal infrastrukturunun gücləndirilməsinə və texnoloji uyğunlaşmanın sürətləndirilməsinə xidmət edir. Eyni zamanda, 2025-2028-ci illəri illəri əhatə edən "Rəqəmsal İqtisadiyyatın İnkişafı Strategiyası" hazırlanıb. O, qlobal texnoloji tendensiyaları və Azərbaycanın inkişaf dinamikasını nəzərə alaraq biznes, hökumət və cəmiyyət arasında sinerji yaratmağa yönəlib", - Baş nazir qeyd edib.
Ə.Əsədov vurğulayıb ki, bu gün Azərbaycan qlobal texnoloji tendensiyaları izləməklə yanaşı, həm də onları uğurla uyğunlaşdıran, praktiki nəticələrin əldə olunmasına diqqət yetirən lider ölkəyə çevrilmək üçün qətiyyət nümayiş etdirir.
9Mənbələr
-
far.azƏli Əsədov: Azərbaycan rəqəmsallaşma sahəsində məqsədyönlü tədbirlər həyata keçirir ( 21866962)
-
operativmedia.azƏli Əsədov: Rəqəmsal iqtisadiyyata keçid strateji hədəflər sırasındadır ( 21866623)
-
teleqraf.comƏli Əsədov: Rəqəmsal iqtisadiyyata keçid strateji hədəflər sırasındadır ( 21866515)
-
buta.tvAzərbaycan bu sahədə məqsədyönlü tədbirlər həyata keçirir ( 21866209)
-
axar.azAzərbaycan bu sahədə məqsədyönlü tədbirlər həyata keçirir ( 21866140)
-
news365.azBaş nazir: Azərbaycanda rəqəmsallaşma sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir ( 21865918)
-
demokrat.azƏli Əsədov: Azərbaycan rəqəmsallaşma sahəsində məqsədyönlü tədbirlər həyata keçirir ( 21865768)
-
operativmedia.azƏli Əsədov: Azərbaycan rəqəmsallaşma sahəsində məqsədyönlü tədbirlər həyata keçirir ( 21865621)
-
apa.azBaş nazir: Azərbaycanda rəqəmsallaşma sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir ( 21865162)