EN

“Elm və Təhsil Nazirliyi ali təhsilin təxminən 80 faizinə birbaşa nəzarət edir” Emin Əmrullayev

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycanda Elm və Təhsil Nazirliyi ali təhsilin təxminən 80 faizinə birbaşa nəzarət edir.

"Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakıda "PAŞA Holding"in təşkilatçılığı ilə keçirilən "INMerge" İnnovasiya Sammitində çıxışı zamanı deyib.

Nazir bildirib ki, universitetlərdə dəyişikliklərin həyata keçirilməsi çətin olduğundan, yalnız ənənəvi yanaşmalarla böyük nəticələr əldə etmək mümkün deyil.

"Artıq tələbələr üçün ənənəvi dörd illik təhsil, bir il təcrübə, magistratura və sonra iş həyatı modeli effektiv olmayacaq. Bizə hər gün alternativ yolları göstərmək və fərqli nəticələr yaratmaq lazımdır", - E.Əmrullayev əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

1Sources