EN

"Əl-İttihad" baş məşqçi postuna onu gətirir - Gizli təmaslar var

 "Liverpul"un sabiq çalışdırıcısı Yurgen Klopp yenidən baş məşqçiliyə qayıda bilər.

90deqiqe.Az-ın "TEAMtalk"a istinadən məlumatına görə, Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubu baş məşqçi postuna alman mütəxəssisi ən uyğun namizəd kimi nəzərdən keçirir.

Səudiyyə klubu bir sıra mütəxəssisləri qiymətləndirsə də lakin prioritet hələ də alman məşqçi olaraq qalıb. Artıq Kloppun agenti ilə də ilkin danışıqlar başlanılıb.

Qeyd edək ki, Loran Blan 4-cü turda "Əl-Nəsr"ə (0:2) uduzduqdan sonra istefaya göndərilmişdi.

Klopp 2015–2024-cü illərdə "Liverpul"u çalışdırıb və klubla Çempionlar Liqası və İngiltərə Premyer Liqasında qələbələr qazanıb. Sabiq baş məşqçi iş yükündən yaranan yorğunluq səbəbindən klubdan ayrılmışdı.

Chosen
52
90deqiqe.az

1Sources