EN

Qiyməti dəyişən marşrutların SİYAHISI – CƏDVƏL

Ölkənin sürətlə artan nəqliyyat tələblərini qarşılamaq, sərnişindaşıma xidmətinin davamlılığını təmin etmək və avtobus parkının yenilənməsini sürətləndirmək məqsədilə tariflərin tənzimlənməsi zəruri addım kimi qiymətləndirilir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, hazırkı tarif dəyişikliyi yalnız nağdsız ödəniş sisteminin tətbiq edildiyi və müasir standartlara cavab verən avtobusların istismar edildiyi marşrutlarda həyata keçiriləcək. Bu da nağdsız ödəmə imkanı təqdim edən müasir avtobuslar istismar edən daşıyıcıların fəaliyyətini stimullaşdırmaq məqsədi daşıyır. Müasir standartlar dedikdə elektrikli, sıxılmış təbii qazla (CNG) işləyən və 2025-ci il istehsalı olan dizel mühərrikli avtobuslar nəzərdə tutulur. Bakıda bu qayda yalnız elektrikli və CNG texnologiyası ilə işləyən avtobuslara şamil ediləcək. Dəyişiklik ilkin mərhələdə ölkə üzrə marşrut şəbəkəsinin 9%-ni, paytaxtın isə marşrut şəbəkəsinin təxminən 30%-ni (180 marşrutdan 60-nı) əhatə edəcək.

Digər marşrutlar yeniləndikcə yeni tarifə keçid edə biləcək və bu haqda ictimaiyyətə əlavə məlumat təqdim ediləcək.

Tarif dəyişikliyindən sonra 2025-ci ilin sonunadək, həmçinin növbəti illər ərzində paytaxtda hər il təxminən 400, Sumqayıt və Abşeronda 100 yeni avtobusun alınması və daşımalara cəlb edilməsi gözlənilir. Bu da avtobus parkının sürətlə yenilənməsinə və xidmət keyfiyyətinin daha da artmasına gətirəcək. Əlavə olaraq, daşıyıcıların nağdsız ödəniş sistemlərinə keçid etməsi stimullaşdırılacaq və bunun bazasında sərnişindaşımada müxtəlif tarif formalarının tətbiq edilməsi üçün texniki imkanların formalaşdırılmasına şərait yaradılacaq.

Qeyd edək ki, yenilənmə prosesi paytaxtla yanaşı Sumqayıt şəhəri ilə Abşeron rayonu ərazisini də əhatə edib və bu il 85 müasir avtobus sərnişinlərin istifadəsinə verilib. Gəncə şəhərində isə bütövlükdə avtobus parkının yenilənməsi həyata keçirilib, 280 yeni avtobus alınıb və nağdsız ödəniş sisteminin tətbiqinə başlanılıb. Naxçıvan şəhərinə 60 elektrik mühərrikli avtobus gətiriləcək. Həmçinin Laçın, Xankəndi, Cəbrayıl və Ağdam şəhərlərinin elektrikli nəqliyyat vasitələri ilə təmin olunması nəzərdə tutulub.

Bu mərhələdə tarifi artan marşrutların siyahısı:

Chosen
25
7
nocomment.az

10Sources