Əməkdar artist Cabir İmanovla vida mərasimi sabah saat 12:30-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində olacaq.
KONKRET.az xəbər verir ki, bu barədə “Report”a aktyorun sənət dostu Murad Dadaşov məlumat verib.
19:27
Əməkdar artist Cabir İmanovun dəfn yeri açıqlanıb.
KONKRET.az “Unikal”a istinadən xəbər verir ki, mərhum sənətkar paytaxtdakı Qurd Qapısı qəbiristanlığında torpağa tapşırılacaq.
Onunla vida mərasimi Cümə məscidində baş tutacaq