Əməkdar artist Cabir İmanovla vida mərasimi sabah saat 12:30-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində olacaq.Metbuat.az xəbər verir ki, bu barədə Report-a aktyorun sənət dostu Murad Dadaşov məlumat verib. Onun sözlərinə görə, vida mərasiminin ardınca cənazə Yasamal rayonundakı Qurd qapısı qəbiristanlığına aparılacaq və orada dəfn olunacaq.Qeyd edək ki, Cabir İmanov sentyabrın 29-da günorta saatlarında vəfat edib.