EN

Ermənistandakı hərbi bazanın çıxarılması gündəmdə deyil - Rusiya səfiri

Rusiyanın hərbi mövcudluğu Ermənistanın təhlükəsizliyi və regional sabitliyi üçün mühüm amil olaraq qalır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin erməni mediasına açıqlamasında deyib.

"102-ci hərbi bazanın çıxarılması ikitərəfli münasibətlərin gündəmində deyil. Ermənistan tərəfi bunu bütün səviyyələrdə açıq şəkildə bəyan edib. Rusiyanın hərbi mövcudluğu Ermənistanın təhlükəsizlik sisteminin həyati sütunu və regional sabitliyin mühüm amili olaraq qalır. Eyni zamanda, ordumuz regionda heç kimə təhlükə yaratmır", - rusiyalı diplomat bildirib.

O xatırladıb ki, Rusiyanın Ermənistanda hərbi mövcudluğu haqqında müqavilə ilkin olaraq 1995-ci il martın 16-da Moskvada 25 il müddətinə, hər beş ildən bir avtomatik yenilənmə ilə imzalanıb. Səfir qeyd edib ki, daha sonra, 2010-cu ildə iki ölkə İrəvanda sənədə əlavə protokol imzalayıb və Rusiya Silahlı Qüvvələri bölmələrinin Ermənistanda yerləşdirilməsinin müddətini hər beş ildən bir yenilənmək imkanı ilə 2044-cü ilə qədər uzadıb.

Chosen
9
6
bakivaxti.az

7Sources