İsrailin baş naziri Benyamin Netanyahu Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani ilə telefon danışığı zamanı sentyabrın 9-da Dohada HAMAS hərəkatının liderlərinə hücum edərək ölkənin suverenliyini pozduğuna görə üzr istəyib.
Leqal.info xəbər verir ki, bu barədə İsrail Televiziyasının 12-ci kanalı məlumat yayıb.
Məlumata əsasən, İsrailin baş naziri ABŞ prezidenti Donald Trampın iştirakı ilə Ağ Evdən qətərli həmkarına zəng edib.
Məlumatda eyni zamanda qeyd olunub ki, söhbət zamanı Netanyahu Qətər təhlükəsizlik xidmətinin zabitinin hücumda həlak olmasından təəssüfləndiyini bildirib.
Leqal.info