Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Əfqanıstanda internet bağlantısı tamamilə kəsilib."Report" xəbər verir ki, bu barədə "NetBlocks" beynəlxalq internet monitorinq xidməti teleqram kanalında məlumat yayıb."Taliban hakimiyyətinin əxlaqı qorumaq üçün addımlar atması ilə Əfqanıstan hazırda internetin tam bağlanması vəziyyətindədir", - məlumatda qeyd olunub.Həmçinin bildirilib ki, hazırda telefon xidməti də kəsilib.Daha əvvəl ölkə mətbuatı xəbər verib ki, Əfqanıstan İslam Əmirliyinin ali lideri Haybatullah Axundzadə əxlaqsız davranışların qarşısını almaq üçün bir neçə regionda simli internetin qadağan edilməsi barədə göstəriş verib. Rəsmilərin sözlərinə görə, qərar dövlət orqanlarının xidmətlərinə mane olur.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.