1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Əfqanıstanda internet bağlantısı tamamilə kəsilib.
Oxu.Az bildirir ki, bu barədə "NetBlocks" beynəlxalq internet monitorinq xidməti məlumat yayıb.
"Taliban" hakimiyyətinin əxlaq qaydalarını qorumaq üzrə addımlar atması səbəbindən Əfqanıstanda hazırda internet bağlantası tamamilə kəsilib", - deyə xidmətin "Telegram" kanalında bildirilir.
Qeyd edilir ki, hazırda telefon rabitəsinin işi də pozulub.