EN

“Barselona” ispaniyalı futbolçu ilÉ™ müqavilÉ™ni UZATDI

İspaniyanın "Barselona" klubunda yeni müqavilə qeydə alınıb.

Bizim.Media xəbər verir ki, La Liqa nəhəngi Mark Bernalın sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İspaniya U-17 millisinin sabiq üzvü ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Mark Bernal "Barselona"nın yetirməsidir. 18 yaşlı dayaq yarımmüdafiəçisi bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 2 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb. >

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
3
2
bizim.media

3Sources