EN

Florian Toven millimizə qarşı oynaya bilər

“Lans”ın hücumçusu Florian Toven Fransa millisinin oktyabrda DÇ-2026-nın seçmə mərhələsində keçirəcəyi oyunlar üçün geniş heyətinə daxil edilib.

Msport.az xəbər verir ki, fransızlar oktyabrın 10-da “Park de Prens”də Azərbaycan milli komandasını qəbul edəcək.

32 yaşlı forvard 2019-cu ilin iyunundan sonra ilk dəfə yığmanın formasını geyinə bilər. Toven son dəfə Andora ilə görüşdə meydana çıxmış və qol vurmuşdu.

Fransa seçməsinin yekun heyəti oktyabrın 2-də açıqlanacaq.

Chosen
98
msport.az

1Sources