Əfqanıstanda internet bağlantısı tamamilə kəsilib.
Manset.az xəbər verir ki, bu barədə "NetBlocks" beynəlxalq internet monitorinq xidməti məlumat yayıb.
"Taliban" hakimiyyətinin əxlaq qaydalarını qorumaq üzrə addımlar atması səbəbindən Əfqanıstanda hazırda internet bağlantası tamamilə kəsilib", - deyə xidmətin "Telegram" kanalında bildirilir.
Qeyd edilir ki, hazırda telefon rabitəsinin işi də pozulub.