EN

Sabiq polkovnik leytenantdan Rusiya xəbərdarlığı: Hücuma keçsələr, dəhşət olacaq

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Rusiya ilə genişmiqyaslı müharibə baş verərsə, NATO öz hava məkanını qorumaqda ciddi çətinliklərlə üzləşəcək.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ ordusunun təqaüdçü polkovnik-leytenantı Daniel Davis deyib. Davis qeyd edib ki, NATO Rusiyanın hava hücumlarından qoruna bilməz.

“NATO özü etiraf edib ki, Rusiya ilə münaqişə vəziyyətində öz hava məkanımızı qorumaq üçün bizə lazım olanın beş faizinə sahib ola bilərik. Axmaq bir şey etməyin. Belə bir hhücum reallaşarsa, bu, dəhşətli olar”, – deyə Davis bildirib.

O əlavə edib ki, ABŞ, Avropa və Ukraynadakı bəzi şəxslər hərbi reallığı anlamırlar, Rusiya isə Qərbdən fərqli olaraq hərbi sənaye kompleksinin istehsal gücünü xeyli artırıb.

Tahir Turan

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
11
globalinfo.az

1Sources