EN

Abbasov darmadağın barədə nə danışdı?

Fanat saytına istinadən ain.az xəbər verir.

2-ci Liqanın 4-cü turu çərçivəsində bu gün səfərdə "Araz-Saatlı"nı 3:0 hesabı ilə yenən "Qaradağ Lökbatan" liderliyə yüksəldi. Lökbatan təmsilçisinin baş məşqçisi Qəzənfər Abbasovla əlaqə saxlayıb qələbəni dəyərləndirməsini istədik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Komandamı təbrik edirem. Yaxşı oynadıq. Oyun bizim üstünlüyümüz şəraitində keçdi. Qol imkanlarımız çox oldu, lakin əksəriyyətindən istifadə edə bilmədik. Meydan yaxşı olmadığına görə bir sıra texniki səhvlərlə yadda qaldıq ki, bu da qol imkanlarımızın çoxunu boşa verməyimizə gətirib çıxardı. "Araz-Saatlı" gənclərdən qurulmuş bir komandadır. Onlara uğurlar arzu edirəm".

Nihat

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
18
1
fanat.az

2Sources