"Fənərbağça"nın ulduzu Marko Asensio model Laviniya Leonardın doğum günü münasibətilə onunla fotosunu paylaşaraq münasibətlərini təsdiqləyib.
Sportinfo.az xəbər verir ki, iyun ayında cütlük eyni məkandan - İtaliyanın Sardiniya adasında yerləşən dəbdəbəli "7Pines" kurortundan şəkillər paylaşmışdı.
Onlar ilk dəfə ictimaiyyət qarşısına fevralın 28-də, İngiltərə Kubokunda "Aston Villa"nın "Kardiff" üzərində qələbəsindən sonra çıxmışdılar.
Marko Asensio 2024-cü ilin iyununda Sandra Qaral ilə boşanıb.