EN

Daha bir kosmik gəmi sınaq uçuşuna hazırlanır

Daha

“SpaceX” avqustun sonunda baş tutan 10-cu sınaq buraxılışının uğurunu gücləndirmək niyyətindədir.

Reyting.az
xəbər verir ki, bu barədə “SpaceX”-in saytında yerləşdirilən açıqlamada deyilir.

Məlumata görə, “SpaceX”-in yeni sınaq uçuşu Texasdakı “Starship” buraxılış yerindən oktyabrın 13-də yerli vaxtla saat 18:15-ə planlaşdırılıb.

Gücləndiricinin Meksika körfəzinə yumşaq enişi nəzərdə tutulub. Kosmik gəmi daha sonra yük yerindən səkkiz “Starlink” peyk simulyatoru buraxacaq və ikinci Raptor mühərrikinin yanmasını həyata keçirəcək.

V. QULİYEV
Chosen
11
1
reyting.az

2Sources