
“SpaceX” avqustun sonunda baş tutan 10-cu sınaq buraxılışının uğurunu gücləndirmək niyyətindədir.
Reyting.az xəbər verir ki, bu barədə “SpaceX”-in saytında yerləşdirilən açıqlamada deyilir.
Məlumata görə, “SpaceX”-in yeni sınaq uçuşu Texasdakı “Starship” buraxılış yerindən oktyabrın 13-də yerli vaxtla saat 18:15-ə planlaşdırılıb.
Gücləndiricinin Meksika körfəzinə yumşaq enişi nəzərdə tutulub. Kosmik gəmi daha sonra yük yerindən səkkiz “Starlink” peyk simulyatoru buraxacaq və ikinci Raptor mühərrikinin yanmasını həyata keçirəcək.
V. QULİYEV