EN

Nigeriyada silahlı hücumda 12 nəfər öldürülüb

ain.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Nigeriyada silahlı qrup Oqba-Ayo qraflığının meşəlik ərazisində atəş açaraq yerli sakinləri və mühafizəçini öldürüb.Reyting.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, insident barədə Nigeriyanın Kvara əyalətinin sözçüsü Adetoun Ejire-Adeyemi açıqlama yayıb. O bildirib ki, Oqba-Ayo qraflığının meşəlik ərazisində fəaliyyət göstərən silahlı qrup ətraf ərazilərə atəş açıb. Nəticədə 11 yerli sakin və 1 mühafizəçi öldürülüb. Yaralılar xəstəxanaya çatdırılıb, hadisə ilə bağlı araşdırmalara başlanılıb. Nigeriya uzun müddətdir ki, Boko Haram və İŞİD-ə bağlı Qərbi Afrika qruplaşması ISWAP daxil olmaqla, silahlı dəstələrin və terror təşkilatlarının hücumları ilə üzləşir.V. QULİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
9
1
reyting.az

2Sources