EN

Netanyahu Trampın Qəzza planını qəbul etdi - Qətər və Misir HƏMAS-la danışıqlara başladı


ABŞ prezidenti Tramp Qəzzada dərhal atəşkəs üçün artan beynəlxalq təzyiqlər fonunda Ağ Evdə İsrailin baş naziri Netanyahunu qəbul edib. Tramp və Netanyahu arasında keçirilən görüşdə Qəzza məsələsi müzakirə olunub.

Tramp Netanyahu ilə görüşündə Qəzza ilə bağlı 20 bəndlik sülh planını açıqlayıb və İsrail baş naziri də planı dəstəklədiyini açıqlayıb.

AFP-nin əldə etdiyi məlumata görə, Tramp-Netanyahu görüşünün ardından Qətər və Misir HƏMAS nümayəndələri ilə görüşərək ABŞ prezidenti Trampın Qəzza ilə bağlı sülh planını onlara təqdim ediblər. Mənbənin məlumatına görə, Qətərin baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani və Misir Kəşfiyyat İdarəsinin direktoru Həsən Mahmud Rəşad HƏMAS müzakirəçiləri ilə görüşüb və 20 bəndlik planı onlarla bölüşüblər.

HƏMAS heyəti planı ədalətli şəkildə araşdıracaqlarını və cavab verəcəklərini bildiriblər. Mənbə danışıqların həssaslığına görə adının açıqlanmamasını xahiş edib.

TAHİR

Chosen
29
7
baki-xeber.com

8Sources