AZ

Rusiyadan Trampın Qəzza planına reaksiya

Qəzzada atəşkəsə nail olmaq üçün bütün addımlar və təşəbbüslər dəstəklənməlidir. Metbuat.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova belə açıqlama verib. ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı təklif etdiyi planı şərh edən Zaxarova, planın atəşkəsə nail olmaq və regionda sabitliyi təşviq etmək potensialına malik olduğunu bildirib. Onun sözlərinə görə, planın həyata keçirilməsi İsrail və Fələstin arasında dialoqu yenidən bərpa edə bilər. Həmçinin, Trampın təklifinin tətbiq edilməsi Qəzzanın müharibə zamanı dağılmış infrastrukturunun yenidən qurulması üçün lazımi şərait yaradacaq.

Qeyd edək ki, Donald Tramp Qəzzada sülhün tətbiq edilməsi üçün 20 bəndlik planı açıqlayıb.

Seçilən
5
7
metbuat.az

8Mənbələr