EN

"Abşeron" ticarət mərkəzinin qarşısında ağır qəza - Ölənlər var- Yeniləndi

Lökbatanda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb.

News24.az xəbər verir ki, hadisə Lökbatan qəsəbəsi ərazisində “Abşeron” ticarət mərkəzinin qarşısında baş verib.

Belə ki, 1995-ci il təvəllüdlü Elməddin Abbasov, 1996-cı il təvəllüdlü Elxan Sadıxov idarə etdikləri avtomobillərin iştirakı qəza baş verib.

Hadisə nəticəsində Elməddin Abbasov və sərnişin 1978-ci il təvəllüdlü Aynurə Xankişiyeva xəstəxanaya çatdırılsalar da, onların həyatını xilas etmək mümkün olmayıb.

Fakta bağlı cinayət işi başlanılıb.(Unikal)

09:20

***

Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində ölümlə nəticələnən qəza olub.

Bu barədə News24.az-a DİN-dən məlumat verilib.

Bərdə rayon sakini 1995-ci il təvəllüdlü Abbasov Elməddin Səməd oğlu və Bakı şəhər sakini 1996-cı il təvəllüdlü Sadıxov Elxan Elman oğlunun idarə etdikləri avtomobillər toqquşub.

Nəticədə Elməddin Abbasov və 1978-ci il təvəllüdlü sərnişin Xankişiyeva Aynurə Elxan qızı aldıqları ağır xəsarətlərdən vəfat edib. E.Sadıxov isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.



Chosen
44
10
news24.az

10Sources