EN

“Viləşçay” MTK sakinləri ölümlə üz-üzə… – Video

Bu hadisə bu gün saat 21:00-da Xırdalan şəhəri Heydər Əliyev prospektindəki “Viləşçay” MTK-nın 265. saylı binasının 2-ci blokundakı liftdə baş verib.
Liftin troslarının qırılması nəticəsində az qala bir vətəndaşımızı itirə bilərdik.

Tribunainfo.az xəbər verir ki, bu barədə məlumat və videonu Musiqili Teatrın mətbuat katibi Fəridə Aslanova-Rüstəmova paylaşıb. O bildirib ki,
sakinlər neçə müddət idi binanı təhvil verən şirkətlə ləj düşmüşdülər, ulduzları bir-birləri ilə barışmırdı, hətta işləri də məhkəmədə idi:

“Proses sakinlərin xeyrinə bitsə də, “Viləşçay” MTK tərəfindən tikilib 15 il öncə təhvil verilən yaşayış kompleksində hələ də həmin inşaat şirkətinin rəhbərlərinin hökmranlığı davam edir.

Özləri tərəfindən təyin olunan komendantın işi də sakinlərdən aybaay pul yığmaqdır. Lakin həmin məbləğlə binaya lazım olan texniki qulluq da göstərilmir.

Fakt odur ki, liftin nə vəziyyətdə olduğunu gördünüz. İndiyə qədər bir iş görmədikləri də göz önündə. Kimsə ölsəydi, onda necə cavab verərdilər?
Elə hadisə baş verən kimi sakinlər şirkətin rəhbərliyinə zəng edib vəziyyəti bildirirlər, cavabları da bu olur ki, sizə hələ bu da azdır (Komendantın biganə, saymazyana halda bu səs yazısını eşitdim, amma onu paylaşmağı etik bilmirəm).

Harınlamış, ta bu qədər də yox! Vətəndaşı niyə düşünmürlər? Nə vaxta qədər bu özbaşınalıq hökm sürəcək?”.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Gülşən Rəsul

Chosen
9
3
tribunainfo.az

4Sources