EN

"Bacardığıma görə çox sevinirəm" - III MDB Oyunlarında qızıl medal medal qazanmış Ziya Həsənli


III MDB Oyunlarında qızıl medal medal qazanmış Azərbaycan taekvondoçusu Ziya Həsənli (63 kq) ölkəmizdə keçirilən yarışda uğurlu çıxışı ilə bağlı açıqlama verib. O, turnirə ciddi hazırlaşdığını bildirib: "Məqsədimə çatdım və buna görə sevinirəm. Xüsusilə final döyüşü çox çətin oldu, amma qalib gələ bildim. MDB Oyunlarında taekvondo tariximizdə ilk qızıl medalı qazanmaq möhtəşəm hissdir. Üç rəqiblə qarşılaşdım. Ən çətini isə sonuncu döyüş oldu. Amma buna hazır idim və bunu bacardığıma görə çox sevinirəm", - deyə o bildirib. Taekvondoçunun sözlərinə görə, növbəti hədəfi olimpiya çempionu olmaqdır.

Mətləb

Chosen
14
2
baki-xeber.com

3Sources