EN

Bakıda Mərkəzi Avrasiya investisiya dialoqu

Sentyabrın 28-də Bakıda “PAŞA Holdinq” MMC və Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) birgə təşkilatçılığı ilə “INMerge” İnvestisiya Forumu keçirilib. Özəl kapital liderlərininin bir araya gəldiyi toplantı Mərkəzi Avrasiya ilə Yaxın Şərqdə sərhədlərarası investisiya dialoqu üçün yeni platforma yaradıb.

Forumda 18 ölkədən 90-dan çox təşkilatı təmsil edən 160-dan artıq iştirakçı, ümumilikdə, 4 trilyon ABŞ dolları dəyərində idarə olunan aktivlərlə bir araya gəlib. İştirakçılar arasında aparıcı məhdud tərəfdaşlar, ümumi tərəfdaşlar, eləcə də, “CCA”, “CEE”, “GCC” və “SEA” regionlarından olan siyasətçilər yer alıb.

Yüksək təsirli və diqqətlə seçilmiş proqrama uyğun keçirilən forumun məqsədi regionun qlobal özəl kapital bazarındakı rolunu gücləndirmək və Azərbaycanın etibarlı qapı kimi rolunu möhkəmləndirməkdir. Gündəliyin əsas mövzuları “Qlobal investisiya meyillərində Mərkəzi Avrasiyanın rolu”, “Məhdud tərəfdaşlara dair mandatının transformasiyası – ənənəvi aktivlərdən alternativlərə keçid”, “Yüksək nəticə göstərən fondun qurulmasından öyrənilən dərslər” olub.

Forum Bakının aparıcı investisiya tədbirləri məkanı kimi mövqelənməsi üçün zəmin yaradıb. Bu baxımdan, forumun gələcəkdə daha geniş miqyasda inkişaf etdirilməsi planlaşdırılır.

XQ

Chosen
13
10
xalqqazeti.az

10Sources