EN

Mehdi Sobhaniyə yeni vəzifə verildi

İran Ermənistandakı keçmiş səfiri Mehdi Sobhaniyə yeni vəzifə verilib.

Modern.az-ın məlumatına görə, İranın xarici işlər naziri Abbas Araqçi onu XİN-in İnzibati və Maliyyə üzrə direktor müavini vəzifəsinə təyin edib.

Qeyd edək ki, Sobhani daha əvvəl İranın Suriyadakı səfiri, İranın Kəraçidəki baş konsulu, Ukrayna və Türkmənistandakı səfirinin müavini vəzifəsində çalışıb.

Chosen
8
1
modern.az

2Sources