Bu ilin yanvar–avqust aylarında Azərbaycanda 13,23 min ton pambıq ipliyi istehsal edilib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,5 faiz çoxdur.
Bu il sentyabr ayının 1-nə ölkədə 4,76 min ton hazır məhsul ehtiyatı olub. 2024-cü ildə Azərbaycanda 18,45 min ton pambıq ipliyi istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 41,5 faiz çoxdur.
XQ