EN

Nikol Kidmandan sevənlərinə pis xəbər

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hollivud ulduzu Nikol Kidman və müğənni həyat yoldaşı Kit Urban ayrılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə cütlüyə yaxın mənbə “TMZ”yə məlumat verib.

“Dostlarının dediyinə görə, Nikol 19 illik evliliyini sona qədər qorumaq istəyib və ərini boşanmaqdan çəkindirməyə çalışıb. Lakin Kit ayrılmaq qərarına gəlib. Onlar bir-birlərini görmürlər: ya çəkilişdə olurlar ya da qastrol səfərində…”, – deyə bildirilib.

Məlumata görə, cütlük yaydan bəri boşanıb:

“Kidman ərinin alkoqol və narkotik asılılığı ilə mübarizə aparmalı oldu. Üstəlik, şayiələrə görə, aktrisa Keytin xəyanətindən də bezmişdi. Lakin son illər sakitlik idi”.

Günel Cəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
27
globalinfo.az

1Sources