EN

HƏYƏCAN TƏBİLİ! Türkiyədə günlərlə davam edəcək su kəsintisi gözlənilir 

Ankaranın su ehtiyacının əhəmiyyətli bir hissəsini təmin edən Kəsikköprü bəndində borular partlayıb. Kəmərin qopması paytaxtda suyun kəsilməsinə səbəb olub. Kəskinlərin oktyabrın 6-dək davam edəcəyi gözlənilir.

Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, su kəsilməsindən ilk olaraq Eryaman, Susuz və Kazan Saray bölgələri zərər çəkib.

Ankara Böyükşəhər Bələdiyyəsi: 250 min kubmetr kəsir meydana gəldi.
Ankara Böyükşəhər Bələdiyyəsi boru kəmərinin partlaması səbəbindən suya çıxışda problemlərin ola biləcəyini açıqlayıb:

2025-ci il sentyabrın 17-də 6 saylı anbarla 7 saylı anbar arasında yerləşən 1 saylı xəttdə nasazlıq yaranıb. Nəticədə iki xətlə şəhərə 450 min kubmetr su verilib. Qırılan xətti əvəz etmək üçün daimi həll yolu təmin etmək üçün polad boru kəmərinin tikintisinə başlanılıb. İşlər davam edərkən 27 sentyabr 2025-ci il tarixdə 2 saylı xəttdə də nasazlıq yaranıb. Bu dəfə şəhərə bir xətt üzrə cəmi 230 min kubmetr su verilib. Ankaranın gündəlik su ehtiyacı nəzərə alınmaqla təxminən 250 min kubmetr kəsir yaranıb.

Chosen
16
manset.az

1Sources