EN

Güclü maqnit qasırğası gəlir- Ehtiyatlı OLUN!

Yer kürəsində son üç ayın ən güclü G3+ kateqoriyalı maqnit qasırğası başlayıb.
Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyasının rəhbəri Sergey Boqaçev “RİA Novosti”yə bildirib.

Onun sözlərinə görə, geomaqnit dalğalanmalarında kəskin artım müşahidə olunub. Geomaqnit aktivlik indeksi Kp 7,33-ə çatıb ki, bu da beş ballıq şkala üzrə G3+ kateqoriyalı maqnit qasırğasına uyğundur.

Boqaçev qeyd edib ki, oxşar hadisələr sonuncu dəfə bu il iyunun 1-də, Yer kürəsinin böyük bir günəş şüalanmasından birbaşa zərbə aldığı zaman qeydə alınıb.

O əlavə edib ki, günəş aktivliyinin artması Yerə yaxın kosmosda vəziyyəti çətinləşdirməkdə davam edir.

Qeyd edək ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Məsələ ilə bağlı News365.az -a danışan həkim Rasif Bağırov belə gündə bəzi insanların səhhətlərinə qarşı çox diqqətli olmalarını vacib hesab edir: 

“Belə gündə müəyyən xroniki xəstəlik keçirmiş cavan adamlarda baş ağrıları müşahidə olunur və belə hava əsasən 50 yaşdan yuxarı insanların səhhətinə mənfi təsir göstərir.
Məsələn, qanında müəyyən yağların miqdarı yüksək olan, qanında qatılıq olan, bir sözlə qan təzyiqindən əziyyət çəkən insanlara belə hava pis təsir edir.
Bu da özünü baş ağrıları, halsızlıq kimi simptomlarla göstərə bilər. Belə hava hətta hipertoniyadan ciddi əziyyət çəkən insanların ölümünə belə səbəb ola bilər. Ona görə də bu günlərdə 50 yaşından yuxarı və qan təzyiqindən əziyyət çəkən insanlar bir qədər diqqətli olmalıdırlar”.

News365.az

Chosen
14
news365.az

1Sources