EN

SOCAR-ın istifadəsiz quyuları karbonun saxlanılması üçün istifadə edilə bilər

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) çoxlu sayda tükənmiş və hasilatı başa çatmış neft və qaz quyuları gələcəkdə karbonun saxlanılması ("carbon storage") kimi layihələrdə istifadə edilə bilər.

“İki sahil” xəbər verir ki, bunu SOCAR-ın külək və günəş enerjisi üzrə eksperti Elçin Tarquliyev "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin (BCAW2025) ikinci günündə deyib.

Onun sözlərinə görə, bu quyular artıq hasilat üçün istifadə olunmur: "Onları karbon anbarı kimi istifadə edilə bilər, müxtəlif şirkətlər üçün, istər Azərbaycanda, istərsə də xaricdə, bu quyularda karbon saxlaya bilərik. Amma bunların hamısı hələ daha çox tədqiqat mərhələsindədir".

Chosen
7
2
ikisahil.az

3Sources