EN

Türkiyə səfirliyinin müşaviri: "Neqativ hallara qarşı birlikdə mübarizə aparmalıyıq"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Hər nə qədər içimizdəki xainlər münasibətlərimizi pozmağa çalışsa da, buna fürsət verməyəcəyik".
Oxu.Az xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfirliyinin Media müşaviri Alptekin Cihangir İşbilir Türkiyə-Azərbaycan Media Platforması və Azərbaycan Milli Mətbuatının 150 illiyi münasibətilə media nümayəndələri ilə görüşdə deyib.
Müşavir bildirib ki, bu baxımdan bir çox sahədə əməkdaşlığımız davam etdirməliyik:
"Bugünkü görüşümüzün məqsədi də Azərbaycan-Türkiyə əlaqələrini bu istiqamətlərdə möhkəmləndirmək məqsədi daşıyır. Gələcək həftələrdə isə iqtisadi və siyasi istiqamətlərdə də görüşlər təşkil olunacaq".
"Oktyabrın 7-də Türk Dövlətləri Təşkilatının Qəbələ zirvəsi olacaq. Həmin zirvə görüşünün ruhuna da xələl gətirmək istəyənlər olacaq. Yenə də birlikdə bu neqativ hallara qarşı birlikdə mübarizə aparmalıyıq. Buna görə də Türkiyə-Azərbaycan Media Platformasının inkişaf etməsi üçün əlimizdən gələni edəcəyik. Boşluq buraxmayacaq ki, aramıza girməsinlər", - deyə İşbilir qeyd edib.
Mərahim Nəsib
Chosen
19
oxu.az

1Sources