EN

Bu gün Göygölün yaranma günüdür

30 sentyabr 1139-cu ildə baş vermiş güclü Gəncə zəlzələsi nəticəsində Kəpəz dağının bir hissəsi uçaraq Ağsuçayın qarşısını kəsmişdir. Nəticədə Azərbaycanın ən füsunkar təbiət incilərindən biri olan Göygöl yaranmışdır. Şəffaf suyu və dərinliyi ilə seçilən bu göl əsrlərdir şeirlər, rəsm əsərləri və musiqilərdə tərənnüm olunur.

Göygöl və ətraf ərazilərdə zəngin flora və fauna mövcuddur. Buradakı meşəliklərdə çoxsaylı ağac və kol bitkiləri, nadir dərman otları, eləcə də Qafqaz maralı, Avropa cüyürü, qonur ayı, çöl donuzu, canavar, tülkü, çaqqal, porsuq, meşə pişiyi və vaşaq kimi vəhşi heyvan növləri yayılmışdır. Bu zənginlik həm ekosistemlərin davamlılığı, həm də ölkəmizin bioloji müxtəlifliyinin qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Chosen
79
ekologiya.az

1Sources