EN

Vladanka Andreyeva: İqlim müzakirələrində gənclərin liderliyini dəstəkləməyə sadiqik

BAKI, 30 sentyabr. TELEQRAF

2024-cü il, tarixdə ən isti il oldu. Və ilk dəfə olaraq qlobal orta temperatur 1,5 dərəcə Selsi həddini aşdı. Bir ilin bu həddi keçməsi hələ Paris Sazişinin uzunmüddətli məqsədlərinin pozulduğu anlamına gəlmir, çünki planlar onilliklər üzrə ölçülür.

Teleqraf xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Gənclərin Rəhbərliyində İqlim Forumunda deyib.

O bildirdi ki, elm çox vacibdir və hər kiçik artım əhəmiyyətlidir:

“Temperaturun hər kiçik artımı daha çox insana təsir edir. Bizim dolanışığımıza, ətraf mühitimizə, iş yerlərimizə, qida zəncirinə, nəfəs aldığımız havaya təsir edir. Bu isə o deməkdir ki, atdığımız hər addım önəmlidir. Gənclər həqiqətən də bəşəriyyətin bir araya gəlməsində açar rol oynayır. Mən çox vaxt “ortaq məsuliyyət” deyirəm, amma dünən çox gözəl bir ifadə eşitdim: “birgə məsuliyyət”.

Bizim daha çox gənclərin iştirakına ehtiyacımız var. İqlim diplomatiyası isə xüsusilə önəmlidir. Niyə? Çünki geosiyasi dəyişikliklər o deməkdir ki, sizin yanınızda oturan tərəfdaşlar bəzən arqumentlərini elm və faktlara yox, başqa şeylərə əsaslandıra bilərlər. Lakin bu, ortaq evimizdir, ortaq planetimizdir və siz gələcək nəsillər naminə konsensus tapmağın yolunu müəyyən etməlisiniz.

İqlim böhranı dünyamızın ən əsas çağırışıdır. Amma gənclərin yaradıcılığı, qətiyyəti və iddiaları onu transformasiya üçün ən əsas fürsətə çevirə bilər. Biz gənclərin liderliyinizi dəstəkləməyə sadiqik. Mən şəxsən sizin arxanızdayam – bacardığımız hər bir şəkildə – və əmin edəcəyik ki, gənclər davamlı, yaşıl və ədalətli gələcəyə nail olmaq üçün bərabər tərəfdaşlar kimi qəbul edilsin”.

Chosen
50
teleqraf.com

1Sources