EN

Rusiyadan Ukraynaya qarşı 80 min zərbə dronu

Keçən qış Rusiya təcavüzü nəticəsində Ukraynanın kritik infrastrukturunun 80%-ə qədəri dağıdıldı və ya zədələndi. Son aylarda Ukrayna rusiyalı işğalçıların yeni zərbə kampaniyasına hazırlaşmağa çalışıb. "Bakuinfo" xəbər verir ki, bunu avstriyalı polkovnik Markus Raysner NTV-yə müsahibəsində bildirib. Polkovnik qeyd edib ki, Ukrayna Prezidenti Vladimir Zelenski müttəfiqlərə daha çox hava hücumundan müdafiə sistemləri və sursat vermələri üçün təzyiq göstərib. Polkovnik əlavə edib ki, Kiyev istehsal güclərini də Rusiyanın hücum edə bilmədiyi NATO ölkələrinin ərazisinə köçürür. Ukrayna xüsusi xidmət orqanlarının məlumatlarına istinad edən Markus Raysner vurğulayıb ki, bu il Rusiya 30-40 min “Geran-2” dronu, 5700 “Harpia-1” dronu, həmçinin təxminən 34 min “Gerbera” pilotsuz aparatı və imitator istehsal etməyi planlaşdırır: “Ümumilikdə təqribən 80 min zərbə və imitasiya dronu. Buna əlavə olaraq 2500-ə qədər qanadlı, ballistik və hipersəs raketi gəlir. Son hücumun videogörüntüləri göstərir ki, “Geran-2” dronları indi həm də hədəflənmiş hücumlar və yarımstansiyaların məhv edilməsi üçün istifadə olunur”. (Axar.az)

Chosen
12
2
bakuinfo.net

3Sources