Şəhidlər Xiyabanında qeyri-etik davranış halları və bu məkanların siyasi mübarizə vasitəsinə çevrilməsi bu yerlərin hüquqi statusunu müəyyən edən xüsusi qanunun qəbulunu zəruri edir. Bunu sentyabrın 30-da Milli Məclisin payız sessiyasında deputat Zahid Oruc bildirib.
“TÉ™til dövründÉ™ ŞəhidlÉ™r Xiyabanında baÅŸ verÉ™n bÉ™zi xoÅŸagÉ™lmÉ™z hadisÉ™lÉ™r vÉ™ illÉ™rdir bu mÉ™kanın siyasi tribuna kimi istifadÉ™ olunması belÉ™ bir qanuna ehtiyacı ortaya qoyur,” – deputat vurÄŸulayıb.
Zahid Orucun sözlərinə görə, qanun şəhidlərin xatirəsinin qorunması, ziyarət qaydaları, memarlıq və abadlıq normaları, təhlükəsizlik tədbirləri və elektron bələdçilik kimi məsələləri əhatə etməlidir. O, bu qanunun həm də Vətən müharibəsindəki Qələbənin əbədiləşdirilməsi baxımından vacib olduğunu qeyd edib.
Deputat əlavə edib ki, Şəhidlər Xiyabanının siyasi məqsədlərlə istifadə olunması təkcə etik yox, həm də milli təhlükəsizlik məsələsidir. Onun fikrincə, belə bir hüquqi akt milli həmrəyliyi möhkəmləndirə və bu məkanların toxunulmazlığını təmin edə bilər.
Gülnar Nazimqızı