RU

Deputat: Şəhidlər Xiyabanı ilə bağlı qanun qəbul olunmalıdır

Şəhidlər Xiyabanında qeyri-etik davranış halları və bu məkanların siyasi mübarizə vasitəsinə çevrilməsi bu yerlərin hüquqi statusunu müəyyən edən xüsusi qanunun qəbulunu zəruri edir. Bunu sentyabrın 30-da Milli Məclisin payız sessiyasında deputat Zahid Oruc bildirib. 

“Tətil dövründə Şəhidlər Xiyabanında baş verən bəzi xoşagəlməz hadisələr və illərdir bu məkanın siyasi tribuna kimi istifadə olunması belə bir qanuna ehtiyacı ortaya qoyur,” –  deputat vurğulayıb.

Zahid Orucun sözlərinə görə, qanun şəhidlərin xatirəsinin qorunması, ziyarət qaydaları, memarlıq və abadlıq normaları, təhlükəsizlik tədbirləri və elektron bələdçilik kimi məsələləri əhatə etməlidir. O, bu qanunun həm də Vətən müharibəsindəki Qələbənin əbədiləşdirilməsi baxımından vacib olduğunu qeyd edib.

Deputat əlavə edib ki, Şəhidlər Xiyabanının siyasi məqsədlərlə istifadə olunması təkcə etik yox, həm də milli təhlükəsizlik məsələsidir. Onun fikrincə, belə bir hüquqi akt milli həmrəyliyi möhkəmləndirə və bu məkanların toxunulmazlığını təmin edə bilər.

Gülnar Nazimqızı 

Избранный
13
anews.az

1Источники