EN

Deputat Asif Əsgərov şəhid ailələri ilə birlikdə ehsan süfrəsində iştirak edib - FOTOLAR

Millət vəkili Asif Əsgərov şəhid ailələri ilə birlikdə ehsan süfrəsində iştirak edib. Tədbirdə şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub, ruhlarına dualar oxunub.

"Unikal"ın məlumatına görə, çıxışında millət vəkili qeyd edib ki, Vətən torpaqlarının hər qarışı qəhrəmanlarımızın qanı bahasına azad olunub:

“Şəhidlik zirvəsi Vətən qarşısında ən uca məqamdır. Bu gün azad nəfəs aldığımız torpaqların hər qarışında igidlərimizin qanının izi var. Onların fədakarlığı sayəsində biz azad və suveren bir dövlətdə yaşayırıq”.

Görüş zamanı Asif Əsgərov şəhid ailələrinin qayğı və müraciətlərini də dinləyib. Onların bir sıra məsələləri yerində həll olunub, digər müraciətlər isə aidiyyəti dövlət qurumlarına yönləndirilib.

Tədbirdə çıxış edən şəhid ailələri isə ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın daim onlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Millət vəkili əlavə edib ki, şəhidlərimizin qanı bahasına qazanılan müstəqilliyin və azadlığın qorunması, dövlətimizin daha da möhkəmləndirilməsi hər kəsin müqəddəs borcudur.

Chosen
9
5
unikal.az

6Sources