EN

Ermənistanın hakim partiyası Paşinyana qarşı impiçment prosesinə qoşulur?

BAKI, 30 sentyabr. TELEQRAF

“Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatları müxalifətin Baş nazir Nikol Paşinyana qarşı impiçment təşəbbüsünə qoşulmayacaq”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim partiyasından olan deputat Rüstəm Bakoyan jurnalistlərə deyib.

“Belə açıqlamalar verən jurnalistləri aldadıblar ki, “Vətəndaş Müqaviləsi”ndə impiçment prosesinə qoşulmağa hazır olan deputatlar var. Belə bir şey yoxdur, hətta söhbət, müzakirə belə yoxdur. Bu, gülünc mövzudur. Özüm və həmkarlarım adından zəmanət verirəm ki, hakim fraksiyada fərqli düşünən yoxdur. Hamımız eyni fikrə sadiqik, belə bir şey ola bilməz, komanda birlikdə hərəkət edir”, - deputat bildirib.

Xatırladaq ki, impiçment təşəbbüsü parlamentdəki müxalif “Şərəfim var” fraksiyası tərəfindən irəli sürülüb. Təşəbbüsüə digər müxalif qrup “Ermənistan” da qoşulub.

“Şərəfim var” fraksiyasının rəhbəri Hayk Mamicanyan hakim partiyadan təşəbbüsə dəstəl verənlərin olacağını istisna etməmişdi.

Chosen
13
teleqraf.com

1Sources