EN

Cabir İmanovun vida mərasiminə görə Türkiyədən Bakıya gəldilər

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində Əməkdar artist Cabir İmanovla vida mərasimi keçirilir.

Publika.az Axşam.az-a istinadla xəbər verir ki,vida mərasiminə qatılanlar arasında mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyev və həyat yoldaşı Safurə Əliyeva da yer alıb. Türkiyədə yaşayan cütlük vida mərasiminə qatılmaq üçün İstanbuldan Bakıya gəliblər.

Qeyd edək ki, C.İmanovun nəşi hazırda Cümə məscidinə aparılıb. Onun cənazəsi bir azdan mərkəzə gətiriləcək. C.İmanov ötən gün infraktdan vəfat edib. Mərhum Qurt qəbiristanlığında dəfn olunacaq.

Chosen
36
8
publika.az

10Sources