Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının Ermənistandan çıxarılması gündəmdə deyil.
Milli.az xəbər verir ki, bunu Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin erməni jurnalistlərə bildirib.
O deyib ki, "Ermənistan tərəfi də bunu açıq şəkildə bəyan edib. Rusiyanın hərbi mövcudluğu Ermənistanın təhlükəsizlik sisteminin mühüm sütunu və regional sabitliyin əsas amili olaraq qalır. Eyni zamanda, qoşunlarımız regionda heç kimə təhlükə yaratmır.
Diplomat xatırladıb ki, Ermənistan tərəfi də bütün səviyyələrdə Gümrüdə yerləşən bazanın çıxarılması planının olmadığını təsdiqləyib.
Kopırkin xatırladıb ki, Rusiyanın ErmÉ™nistanda hÉ™rbi mövcudluÄŸu haqqında MüqavilÉ™ 1995-ci il martın 16-da 25 il müddÉ™tinÉ™, hÉ™r beÅŸ ildÉ™n bir avtomatik yenilÉ™nmÉ™klÉ™ imzalanıb.Â
Milli.Az