AZ

Rusiya hərbi bazasını Ermənistandan çıxarmayacaq

Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının Ermənistandan çıxarılması gündəmdə deyil.

Milli.az xəbər verir ki, bunu Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin erməni jurnalistlərə bildirib.

O deyib ki, "Ermənistan tərəfi də bunu açıq şəkildə bəyan edib. Rusiyanın hərbi mövcudluğu Ermənistanın təhlükəsizlik sisteminin mühüm sütunu və regional sabitliyin əsas amili olaraq qalır. Eyni zamanda, qoşunlarımız regionda heç kimə təhlükə yaratmır.

Diplomat xatırladıb ki, Ermənistan tərəfi də bütün səviyyələrdə Gümrüdə yerləşən bazanın çıxarılması planının olmadığını təsdiqləyib.

Kopırkin xatırladıb ki, Rusiyanın Ermənistanda hərbi mövcudluğu haqqında Müqavilə 1995-ci il martın 16-da 25 il müddətinə, hər beş ildən bir avtomatik yenilənməklə imzalanıb. 

Milli.Az

Seçilən
5
milli.az

1Mənbələr