EN

Hər küçədə 20 aptek var, amma.... - Millət vəkili



“Bir qrup xəstəliklər var ki, onlara dövlət tərəfindən pulsuz dərmanlar verilir. Bunlar onkologiya, şəkər, böyrək çatışmazlığı, qan çatışmazlığı və s. xəstələrdir. Keçəndə bir küçədə 20 aptek görürəm. Amma bu cür xəstələr üçün hər rayonda cəmi 1 aptek işləyir”.


"Medicina" xəbər verir ki, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

“Səhər 6-dan o cür xəstələr gedir həmin aptekin qarşısına ki, nə vaxt açılacaq, siyahıya baxılacaq və onun dərmanı veriləcək. Bunu aidiyyəti qurumlarla danışmaq olar ki, heç olmasa, bir rayonda bir neçə aptekdə bu dərmanlar verilsin”.



Chosen
49
4
medicina.az

5Sources