AZ

“Bir küçədə 20 aptek görürük, amma onlar üçün biri işləyir”

"Bir qrup xəstəliklər var ki, onlara pulsuz dərmanlar verilir. Bunlar da çox ağır xəstəliklərdir: onkologiya, şəkər, böyrək çatışmazlığı, qan çatışmazlığı və s. Keçəndə bir küçədə 20 aptek görürük. Amma bu cür xəstələr üçün hər rayonda 1 aptek işləyir".

Milli.Az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bu gün keçirilən plenar iclasda bildirib. 

"Səhər 6-dan o cür xəstələr gedir həmin aptekin qarşısına ki, nə vaxt açılacaq, siyahıya baxılacaq və onun dərmanı veriləcək. Bunu aidiyyəti qurumlarla danışmaq olar ki, heç olmasa, bir rayonda bir neçə aptekdə bu dərmanlar verilsin", - deyə deputat qeyd edib.

Milli.Az

Seçilən
6
4
milli.az

5Mənbələr